Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AzTV-də özünü alman turist kimi təqdim edən İbrahimin atası danışdı - Oğluma görə çox narahatam - VİDEO

Azərbaycan Dövlət Televiziyasında yayımlanan süjet sosial şəbəkədə böyük ajiotaj doğurub.

"Meydan TV" AzTV-də turist kimi təqdim olunan şəxsin əslində azərbaycanlı olması ilə bağlı məlumat paylaşıb. Məlumata görə, süjetdə adı Avraam Sxeltin təqdim olunan şəxs əslində İbrahim Əliyev imiş.

Məsələylə bağlı süjetin qəhrəmanı İbrahim Əliyevin atası Nazim Əliyevlə əlaqə saxlayıb. O deyib ki, oğlu məktəblidir və cəmi 15 yaşı var. 

"Mən hələ də nə baş verdiyini anlamıram. Mənim oğlumun cəmi 15 yaşı var və o məktəblidir. Sosial şəbəkədə yayılan videolar onun psixologiyasını poza bilər, mən oğluma görə narahatam. Videonun silinməsiylə bağlı Meydan TV-yə yazdım, onlarsa məni bloka atdılar, rəyimi işıqlandırmadılar".

Nazim Əliyev deyib ki, oğlu şəhərdə gəzişərkən telekanal əməkdaşı ona yaxınlaşıb və o da zarafatlaşmaq məqsədilə müsahibə verib: "Oğlum mənə deyir ki, müxbir ona dedi ki, danışıqların efirə getməyəcək, o da ona görə danışıb. Ancaq telekanal iddia edir ki, oğlum özü zarafatlaşmaq məqsədilə elə danışıb. Hər halda mən oğluma görə narahatam, onunla bağlı gələn pis şərhlər silinsə yaxşı olar"

Bu videoda da aydın görünür ki, gənc özünü Almaniyadan gələn turist kimi təqdim edir və sözləri də olduğu kimi tərcümə olunur. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...