Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nəqliyyat qoçuları yenidən iş başında – Bu dəfə belə etdilər - VİDEO

Sosial şəbəkələrdə yayılan bu video insanlar tərəfindən gülüşlə qarşılansa da, əslində, biabırçılıq və qudurğanlıqdır. Həm də, vəzifə səlahiyyətlirini aşmaq elementləri də görünür.

Mynews.az-ın, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı "Qaz-31" markalı avtomobilin üstünə çıxıb və maşını dayandırmağa çalışır. Bunun özünü təhlükəyə atan nəqliyyat qoçusu köşnə əməllərini bir daha nümayiş etdirir. Bundan əlavə, qanunsuz olaraq geyim formasına müdaxilə edərək özünü yol polisi əməkdaşına oxşatmağa çalışır. Əslində, özləri də bilir ki, sürücülər onlara maşın saxlamır. Bu səbəbdən də geyim formasını DYP geyiminə oxşadaraq sürücüləri saxlatmağa nail olurlar. Lakin bu videoda görünür, sürücü tabe olmayıb. Müfəttiş də, filmlərdəki kimi, maşınn üstünə dırmaşaraq şou göstərir.

Maşının üstünə dırmanan nəqliyyat müfəttişi geyimi ilə özünü polisə oxşadıb

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...