Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elçin Zahiroğlu millət vəkilinin oğlunun şikayəti əsasında həbs olunub

"BakıPost” internet nəşrinin baş redaktoru, keçmiş deputat Sabir Rüstəmxanlının bacısı oğlu Elçin Zahiroğlu Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında həbs olunub. Bu barədə Həbib Axundov özü virtualaz.org-a açıqlamasında bildirib.   H.Axundovun sözlərinə görə, jurnalist onu şəxsi həyatına aid olan çirkin məqalələrlə şantaj edirmiş. "O, mənə zəng vururdu, yazırdı, şantaj edirdi. Və pul istəyirdi. Mən polisə müraciət etməyə məcbur oldum. Bu jurnalist mənə başqa seçim imkanı qoymadı”-deputatın oğlu bildirib.   H.Aundov məsələnin obyektiv araşdırılacağına və hüquq-mühafizə orqanlarının cinayətkarı cəzalandıracağına ümid etdiyini bildirib.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...