Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda yol polisindən nümunəvi addım - VİDEO

Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində 8 yaşlı uşağın köməyinə yol polisləri gəlib.

8 yaşlı Nüsrət Rüfət oğlu Qasımov Bakının mərkəzində avtobusa minərək Sahil qəsəbəsində yaşayan bibisi gilə gedib.

Lakin Sahil qəsəbəsində avtobus dayanacağında onu heç kim qarşılamayıb. Bunu görən avtobus sürücüsü uşağı Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının nəzarətində olan Qaradağ postunda düşərərək gedib.

Az sonra uşağa yaxınlaşan DYP əməkdaşları – leytenant Rəşad Ağayev və baş serjant Abbas Abdullayev onu ailəsinə qovuşdurub.

Yol polisi əməkdaşları uşağın Sahil qəsəbəsində yaşayan qohumunun evinə qonaq gəldiyini və bibisinin həyat yoldaşının adının Zaur olduğunu öyrəniblər. Sonra isə uşağı avtomobilə mindirərək Sahil qəsəbəsində axtarışlara başlayıblar. Nəhayət, Nüsrətin bibisinin evi tapılıb və uşaq onlara təhvil verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...