Mübariz İbrahimovun filmindən - İlk Görüntülər - VİDEO
Türkiyənin İST şirkəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun döyüş yolundan bəhs edən film çəkir.
Mynews.az xəbər verir ki, film 2018-ci ildən kinoteatrlarda nümayiş olunacaq.
Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
2005-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
O, 2010-cu il iyunun 18-də Tərtər rayanunun Çaykəndi yaxınlığında düşməni ağır itkilərə məruz qoyduqdan sonra, qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.
Mübariz İbrahimovun meyiti 2010-cu il noyabrın 6-da Ermənistan tərəfdən alınıb.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.
Mübariz İbrahimov İkinci Fəxri xiyabanda dəfn olunub.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1116 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1103 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1103 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1100 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 995 dəfə oxunub