Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qızmar hava davam edəcək

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

ETSN-dən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 22-27° isti, gündüz  34-39° isti, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı - 755 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %,  gündüz  35-45 %  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz  28-33° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...