Eks-icra başçısı: - Prezident lap əcəb edib məni işdən çıxarıb

Yasamal rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev vəzifədən çıxarılması barədə ilk dəfə olaraq açıqlama verib.
Mynews.az xəbər verir ki, İ.Mehdiyev Ölkə.Az-a bildirib ki, onun haqqında ölkə başçısına düzgün məlumatlar verilməyib: “Mən dövlət vəzifəsində çalışaraq, verilən tapşırıqları həyata keçirmişəm. Ancaq kimsə ölkə başçısına haqqımda düzgün informasiya verməyib. Bunun nəticəsində də cənab Prezident müvafiq Sərəncam verib və vəzifəmdən azad olunmuşam. Amma cənab Prezident lap əcəb edib məni vəzifədən azad edib. Buna görə çox sağ olsun, Allah ömrünü uzun etsin!”
Sabiq icra başçısı bundan sonra istirahət edəcəyini söyləyib: “Bundan sonra evdə oturub istirahət edəcəm. Hələ başqa işlər haqqında qəti düşünmürəm”.
İ.Mehdiyev Azərbaycanda və İsveçrədə var-mülk sahibi olması barədə yayılan məlumatlara da münasibət bildirib: “Məni tanıyanlar yaxşı bilir ki, Bakıdan kənarda heç nəyim yoxdur. Bakıda varım-yoxum cəmi bir bağım var.
Yazırlar ki, oğlumun İsveçrədə biznesi var və sairə. Oğlum Həsən uzun illər “BP” şirkətində çalışıb, Bakı-Novorossiysk neft boru kəməri layihəsində yüksək vəzifədə işləyib, oranın rəhbəri olub, Şotlandiyada neft-qaz sahəsində çalışıb. Oğlum bütün ömrü boyu xarici neft-qaz şirkətlərində neftçi kimi işləyib. Misal üçün, oğlum “Total” şirkətinin İtaliyadakı layihəsinin baş mühəndisi olub. Bunu hər azərbaycanlı edə bilmir. Ancaq mənim oğlum bacarıb.
Oğlum Şimal dənizinin 250 kilometrliyində yerləşən neft-qaz yataqlarında tədqiqat işləri aparıb. Yəni, oğlum karyerası boyu sırf neft-qaz sahəsində çalışıb. Onun başqa kommersiya işləri yoxdur. Hazırda xaricdə yaşayan oğlum orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirib”.
Cəmiyyət
- Yəhudi qadın ərinin gözünü qazimizə bağışladı - FOTO
- Brifinqin vaxtı məlum oldu - Karantin sərtləşdirilir?
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
- Türkiyəyə getmək istəyənlərin nəzərinə - MÜDDƏT UZADILDI
- Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir 599 dəfə oxunub
- Hüseyn Məhəmmədoğluna ağır itki 595 dəfə oxunub
- Antarktida buzlağından nəhəng aysberq ayrılıb - VİDEO 589 dəfə oxunub
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi 586 dəfə oxunub
- Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək 585 dəfə oxunub