Hər bir kəs internet vasitəsi ilə viza almaq imkanına malikdir
"Yaxın gələcəkdə Azərbaycanda "ASAN viza” sistemi təkmilləşdirilərək, viza istəyən şəxsə 3 saat ərzində elektron viza veriləcək. Bu sistem yalnız hava limanında deyil, digər gömrük-keçid məntəqələrində də tətbiq ediləcək".
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşündə deyib.
Nazir diqqətə çatdırıb ki, iki qonşu və dost ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin prezidenti münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün çox işlər görüblər. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə "ASAN viza” sistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gəlib konsulluğa müraciət etməsinə ehtiyacı qalmayıb. Hər bir kəs internet vasitəsi ilə viza almaq imkanına malikdir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 919 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 555 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 554 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 553 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 198 dəfə oxunub