Piyadaların diqqətinə: Sarı xətti keçən cərimələnəcək
Koroğlu metrostansiyası yaxınlığında yerləşən avtobus dayanacağında piyadalar üçün yeni cərimələr tətbiq ediləcək.
Mynews.az big.az-a istinadən xəbər verir ki, piyadalar üçün nəzərdə tutulan cərimələrin miqdarı məlum olub.
Hüquqşünas Ərşad Hüseynov, dayanacaq ərazisində sarı xətti keçən piyadaların cərimə edilməsindən söz açıb: “Piyadaların qadağan edilmiş sarı xətti keçməsi həm də insanların düşüncə məsələsidir. Bütün qayda-qanunlar insanların təhlükəsizliyinə xidmət edən bir məsələdir. Hökm deyil ki, hər kəs cərimələnməlidir. İnsanların daxilindən də öz təhlükəsizliklərini düşünmək istəyi gəlməlidir. Əgər cərimə edilmirsə, bu, o demək deyil ki, qaydalara laqeyd yanaşmaq lazımdır.
O ki qaldı cərimənin məbləğinə, bu, çox güman ki, 20 AZN civarındadır. Çünki hər bir halda yolu piyadaların keçidi üçün nəzərdə tutulmayan hissəsindən keçənlər 20 AZN cərimələnir”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1111 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1098 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1098 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1095 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 993 dəfə oxunub