Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

6 tələbənin ölümünə səbəb olan sürücü əlavə tələbə üçün - GÖRÜN NƏ QƏDƏR PUL ÖDƏYİRMİŞ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə qəza zamanı vəfat edən tələbə İbrahim Quliyevin atası Vüqar Quliyev ifadə verib. N.Hüseynovun 6 ailənin həyatını məhv etdiyini deyib və ağlayaraq sürücünü söyüb:

"Ömrümə bir gün də qalsa, səni məhv edəcəyəm. Kasıblıqla övlad böyütmüşdük. Ondan sonra anası yataq xəstəsi oldu".

Qəzada yaralanan tələbə A.Abbas deyib ki, hər gün maşına 20-25 tələbə minib.

Təqsirləndirilən Namiq Hüseynov deyib ki, həmişə tələbələrə xəbərdarlıq edib: "Deyirdim vaxtında gəlin, gecikməyin. Yolda da sakitliyə riayət etmirdilər. Maşında 14 oturacaq olur, amma əlavə oturacaqlar da quraşdırılıb. Olanları boynumdan ata bilmərəm, bəzi tələbələr ayaq üstə söhbət edə-edə gedirdilər".

N.Hüseynov artıq sərnişin götürdüyü üçün Nəqliyyat Departamentinə aylıq 200 manat verdiyini deyib. N.Hüseynovun onu tanımayan vəkili Şirin Atayev başqa məhkəmə iclasda da vəkil olduğunu deyərək çıxıb getmək istəyib. Hakim isə buna icazə verməyib.

N.Hüseynov vəkilindən imtina etdiyini deyib: "Bu vəkil ötən iclasda da yatmışdı. Görüşə də çağırdım, gəlmədi". Vəkil Ş.Atayev də N.Hüseynovu müdafiə etmək istəmədiyini deyib. Lakin hakim tərəflərin istəyini nəzərə almayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...