Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda ev yanıb, bir nəfər xilas olunub

Bu gecə Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb.

Mynews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...