Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın xəbərinə hansı məşhurlar biganə yanaşdı? - Onları tanıyaq - FOTOLAR

Ötən gün Ermənistan tərəfinin təxribatı nəticəsində həlak olan 2015-ci il təvəllüdlü Zəhra ilə bağlı məlumatlar ölkənin əsas xəbər başlğına çevrilib.

Bu cür hadisələr zamanı daha çox həmin ölkənin məşhurları məsələni gündəmdə saxlamağa üstünlük verirlər. Onlar öz profil şəkilləri vasitəsi ilə və ya paylaşımları ilə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çalışırlar. 

Bəs görəsən bizim məşhurlardan kimlər 2 yaşlı Zəhranın ölümünə necə yanaşıb? Onlar arasından kimlər bu hadisəni görməzdən gəlir?

Mynews.az AZXEBER.COM-a istinadən bəzi məşhurların "instagram" hesablarına göz yetirdik. Araşdırmamıza ölkəmizdə böyük populyarlığa sahib olan Röya Ayxandan başladıq. Zəhranın fotosunu paylaşmayan məşhurlardan biri olan Röya bu gün özünün və oğlunun şəklini paylaşıb. O hamam paltarında fotosunu yayıb və bütün ölkənin gündəmi olan məsələyə reaksiya bildirməyib. 

Müğənni Aysel Əlizadə də ölkə gündəmindən didərgin düşən müğənnilərdəndir. Xanım müğənni ölkəmiz üçün önəmli olan günlərdə, ümummilli hadisələr haqqında bircə dəfə belə paylaşım etməyib. O özü şəklini paylaşıb. 

"Xəzər" TV-nin ən reytinqli verilişinin aparıcıları olan Sevil-Sevinc bacıları da qulaqlarını və gözlərini yuman məşhurlardandılar. Onlar da bu gün Zəhranın şəklinin yerinə gəlinlərinin şəkilini paylaşıblar. "İnstagram"da 1 milyona yaxın izləyicisi olan bacılar körpənin ölümünə vaxt ayırmağı özlərinə sığışdırmayıblar.

Başı film çəkilişinə qarışan və Azərbaycan dilində ala-yarımçıq danışa bilən müğənni Nigar Camalda susanlar arasındadır. "Eurovision"da ölkəmizi təmsil edərək qalib gələn müğənni dostluğunda olan avropalı sənətçilərə bu hadisə ilə bağlı məlumat verməyin yerinə çəkiliş meydançasından çəkilən şəklini paylaşıb.

Bu günkü hadisəyə qulağını və gözünü yumanlar arasında aparıcı Vüsalə Əlizadə də var. ATV-dəki xəbərlər deportamentinin gün ərzində hazırladığı Zəhra xəbərləri görünür Vüsalə xanımın qulağına çatmayıb. O hər zaman olduğu kimi özünü izləyicilərinə nümayiş etdirib. 

Onu da qeyd edək ki, gün ərzində Zəhranın fotolarını öz sosial şəbəkə hesablarında paylaşan məşhurlar da olub. Onlar arasında prodüser Tarix Əliyev, müğənni Aybəniz Haşımova, Aşıq Namiq, Elvin Abdullayev, Nadir Qafarzadə, Günay İbrahimli, Aygün Kazımova, Müşfiq Şahverdiyev rəqqasə Fatimə Fətəliyeva və başqalarının adını çəkmək olar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...