Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kənana qardaşım deyən Pərvindən Zəhra ilə bağlı şok sözlər - "7 gün sonra Zəhra yadınızdan çıxacaq, yenə klublar, qızlar..."

Aktrisa Pərvin Abıyevanın yazdığı stat sosial mediada birmənalı qarşılanmayıb.

Aktrisa yazdıqları ilə bəylərimizi döyüşə çağırıb: " Əslində mən bu kimi ağır hadisələrdə İnstagramdan və televiziyadan uzaq durmağa çalışıram.Çünki psixoloji,yaşaması ağır hadisədir. Məni çoxları qınadı ki, niyə Zəhra ilə bağlı paylaşım etmirsən? Qınağınızı başa düşürəm amma bu o demək deyil ki, mən hissiyatsız,duyğusuz biriyəm. Zəhra kimi yüzlərlə körpəmiz həlak olub. Nə edə bilmişik axı? Mən bunu paylaşmaqla kaş ki, Zəhra da torpaqları da geri qayıdardı.Qadınlarımız həssasdı belə şeylərə dözə bilmirlər. Normaldır ki, aqresiyalarını və hisslərini ancaq sosial şəbəkələrdə göstərə bilirlər.Bəs, kişilərimiz niyə ancaq burda hərəkət edir? Niyə nəsə etmirsiz? Niyə cavablarını vermirsiz? Niyə biriniz də Mübariz kimi silahlanıb gedib ən az 10 ermənini güllələmirsiz burda mənə ağız dolusu tənqidlər yazırsınız? Mən bilirəm ki, yazdıqlarınız öz əsl içiniz deyil, çünki 7 gündən sonra Zəhra da yadınızdan çıxacaq yenə gəlsin gəzməklər, klublar, qızlar, əyləncələr! Vay gedənin halına! Allah Zəhra balaya və onun timsalinda bütün vəhşicəsinə ölən balalarımıza rəhmət eləsin!".

Mənbə: GoldNews.Az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...