Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah yağmurlu olacaq

İyulun 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

ETSN-dən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 20-24° isti, gündüz  27-32° isti olacağı gözlənilir.

Bakıda gecə  21-23°, gündüz  29-31° isti olacağı proqnozlaşdırılır. Atmosfer  təzyiqi  normadan  aşağı  - 755 mm civə sütunundan  759  mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 75-85 % , gündüz  50-60%  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə yaxın 2 gündə  Abşeron yarımadasında arabir güclənən xəzri  küləyinin  yaratdığı nisbətən sərin hava şəraiti meteohəssas  insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-24° isti, gündüz  31-36°, dağlarda gecə 11-16° isti, gündüz  20-25° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...