Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sürücülərə şad xəbər - Masazır yolunda tıxaca son

Masazır dairəsində xüsusən günün pik saatlarında yaranan tıxacı aradan qaldırmaq məqsədi ilə yolda yeni keçid hissə yaradılıb.

Azəravtoyol ASC-dən verilən məlumata görə, yolun 170 metrlik hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Genişləndirilmiş hissəyə yeni asfalt-beton örtüyü döşənib. Təhlükəsizlik məqsədi ilə köməkçi yola 20 ədəd siqnal dirəkləri və 10 ədəd yol nişanları quraşdırılıb. Yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bundan başqa, əsas yoldan Masazır qəsəbəsinin girişinə doğru düşən hissədə də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri həyata keçirilib.

Aparılmış işlər imkan verir ki, avtonəqliyyat vasitələri Masazır dairəsinə daxil olmadan əsas yoldan köməkçi yola rahat, təhlükəsiz və maneəsiz şəkildə hərəkət etsinlər. Bu isə öz növbəsində Masazır qəsəbəsinə giriş hissədə və mövcud dairədə hərəkət intensivliyini azaltmaqla müəyyən qədər yaranan sıxlığın qarşısını almış olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...