Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yol polisi vətəndaşın həyatını belə xilas etdi - VİDEO

Lənkəranda yol polisi əməkdaşları xəstə sərnişinin həyatını xilas ediblər.

Mynews.az xəzərxəbər-ə istinadən xəbər verir ki, rayonun Şirinsu kənd sakini Ruslan İbadlı idarə etdiyi minik avtomobili ilə ürək çatışmazlığından əziyyət çəkən və ağır vəziyyətdə olan xəstəni xəstəxanaya aparırmış. 

Lakin nəqliyyat vasitəsində nasazlıq yarandığından xəstəni ünvana - tibb müəssisəsinə çatdıra bilməyib. Bu zaman o, yoldan keçən polis əməkdaşını yardıma çağırıb.

Baş inspektor, leytenant Mirxəyal Hüseynov yanındakı əməkdaşla birgə xəstəni digər avtomobildən götürərək xidməti avtomobilə əyləşdirib. Sonra isə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlər bildiriblər ki, xəstəyə vaxtında yardım göstərilməsəydi, onun həyatını xilas etmək mümkün olmayacaqdı.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...