Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rəşid Mahmudov Xoşqədəm Hidayətqızını ifşa etdi: "Bomjları gətirib..." - VİDEO

Tibb elmləri namizədi Rəşid Mahmudov vaxtilə ekspert kimi çıxış etdiyi “Səni axtarıram” verilişi ətrafında yaranan qalmaqala münasibət bildirib.

Mynews.az xəbər verir ki, Rəşid Mahmudov açıqlamasında verilişdə insan talelərinin səhnələşdirilməsindən xəbərdar olduğunu deyib. Tibb elmləri namizədi bildirib ki, Xoşqədəm Hidayətqızını ondan çox tənqid edən yoxdur : “Çox qoçaq qadındır, ancaq verilişi düz aparmırdı. Həmişə ona deyirdim, tənqid edirdim. Tək mən onu tənqid edirdim, onu da efirə vermirdi. Mən də acıq edib verilişə getmirəm. Hər gün mənə zəng vurub verilişə dəvət edir. Burdan Rusiyaya gedənlərin çoxu 1991-ci ildə müharibədən qaçan fərarilərdir. Tapıb gətirdiyi hamısı bomjlardır, məgər burda beləsi yoxdur?! Vətənini pis günündə atıb gedən anasını sevə bilərmi?!” (A24.Az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...