Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda polis oğrunu görün necə tanıdı - FOTO

Paytaxtın 20 Yanvar küçəsindəki mənzillərdən birindən oğurluq edilməsi barədə DİN-in "102 Zəng Mərkəzi"nə müraciət daxil olub. Ev sahibəsi mənzilindən pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirb.

DİN-dən Modern.az-a bildirlib ki, məlumatla əlaqədar ərazi aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarından və kriminalistlərdən ibarət əməliyyat qrupu hadisə yerində olub müvafiq araşdırmalar aparıblar.
Kriminalistlər mənzili müayinə edib, əl-barmaq izləri götürülüb, digər əməliyyat tədbirləri həyata keçirilib.
Hadisə yerindən götürülmüş izlərin müvafiq qaydada ekspertizası əvvəllər məhkum olunmuş Hüseyn Quliyevin əl-barmaq izləri ilə eyniyyət təşkil etməsi barədə rəy verib.
Əməliyyat-axtarış tədbirləri ilə Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyevin yeri müəyyənləşdirilib. O, iyulun 6-da şübhəli şəxs qismində saxlanılaraq 19-cu Polis Bölməsinə gətirilib.
Ətrafında aparılan tədbirlərlə və əsaslı dəlilər qarşısında o, törətdiyi əməli etiraf edib. Bildirib ki, həmin mənzilə pəncərədən girmək yolu ilə daxil olaraq oradan 450 manat, 3100 ABŞ dolları və qızıl əşyaları oğurlayıb.
Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycanda polis oğrunu görün necə tanıdı - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...