Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda həyəcanlı anlar: Sərnişinlər içəridə qaldı - AÇIQLAMA

Bu səhər metronun “Həzi Aslanov” stansiyasından “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda yaşanan həyəcanlı anların səbəbi məlum oldu.

Mynews.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında qatarda heç bir texniki problemin olmadığını bildirib: “Deməli, “Həzi Aslanov” – “İçərişəhər” istiqamətində 3 saylı marşrut üzrə hərəkət edən qatar Nərimanov stansiyasında müəyyən olunmuş yerdə saxlamayıb. Yəni qatarın birinci vaqonunun iki qapısı müəyyən olunmuş yeri keçib. Belə olan halda qəti təlimat var ki, qatarın qapıları açılmamalıdır. Ona görə də qatar “Gənclik” staniyasına gedib və sərnişinlər orada qatarı tərk ediblər.

Qatarın hansı səbəbdən müəyyən olunmuş yerdə saxlamaması isə araşdırılır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...