Vitse-spiker ermənilərin yaraladığı Füzuli sakininə baş çəkdi
Milli Məclisin vitse-spikeri Bahar Muradova bir qrup deputatla birlikdə Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan Sərvinaz Quliyevaya baş çəkib.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.
Onun sözlərinə görə, dünən isə xəstəyə insan hüquqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanova baş çəkib. Həmin şəxslər Horadiz şəhər xəstəxanasında müalicə olunan yaralının vəziyyəti ilə maraqlanıblar.
N.Şükürov yaralının vəziyyətinin daim dövlət qurumlarının diqqət mərkəzində olduğunu söyləyib.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 995 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 958 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 948 dəfə oxunub