Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bezdirici reklam SMS-lərindən necə qurtulmaq olar? - VİDEO - FOTOLAR

Mynews.az bildirir ki, ARB TV reklam mesajlarının telefonlarımıza necə yol tapması haqda araşdırma aparıb.

Şirkətlərin kampaniyalar zamanı öz müştərilərini məlumatlandırmağı normal hesab olunur. Bunu edən zaman səhvə yol verilməməlidir. Endirim xarakterli SMS-lərin yaşından, vəziyyətindən asılı olmayaraq hər kəsə göndərilməsi düzgün deyil.

Sakin: "Gündə 10 dəfə endirimlə bağlı mesajlar gəlir".

Sakin: "Reklam mesajları tez-tez gəlirdi. Artıq bezmişdim. Mobil operatora yaxınlaşıb ləğv etdim".

Sakin: "Gün ərzində 10-a yaxın boş-boş SMS-lər gəlir. Nə qədər "stop" yazıb göndərsən də xeyri olmur".

Elxan Məmmədli (marketinq və satış üzrə direktor): "Nömrəni seqmentləməlidirlər, yaş qruplarına bölünməlidirlər. İstənilən proqramistə müraciət eləsələr, bunu bacarar. Necə ki, biz eləmişik. Bizdə müştərilərin anket formalarını dolduranda artıq onların yaş qruplarına uyğun doldururuq".

Reklam tipli SMS-lərin təkcə müştərilərə deyil, yaşından asılı olmayaraq hamıya göndərilməsi qanunla qadağan olunsa da buna əməl edilmir. Mağazaların telefon nömrələrini necə əldə etməsi isə başqa problemdir.

Telekommunikasiya haqqında qanuna edilən dəyişikliyə əsasən operator və provayder yalnız reklam verici ilə bağlanan müqavilə əsasında reklam yayımlaya bilər. Abunəçiyə istənilən vaxtda reklamdan imtina etməsi və ya yalnız arzuladığı reklamı yayımlaması üçün imkan yaradılmalıdır. Əks təqdirdə operator və provayder məsuliyyət daşıyır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...