Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda gecələr yanacağın qiymətini artıran şəxsləri yaxından tanımaq istəyirsiniz? - TARİF ŞURASI - SİYAHI

Bu dəfə sizə yalnız gecələr Azərbaycanda yanacağın qiymətini artıran insanların siyahısını təqdim edirik.

Bunlar Tarif Şurasının üzvləridir. Enter.News onları sizə təqdim edir:

Şuranın üzvləri

Azərbaycan Respublikası maliyyə nazirinin müavini - Azər Bayramov

Azərbaycan Respublikası vergilər nazirinin müavini - Sahir Məmmədxanov

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Toğrul Musayev

Azərbaycan Respublikası energetika nazirinin müavini - Gülməmməd Cavadov

Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini - Musa Pənahov

Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini - İltimas Məmmədov

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini - İlham Quliyev

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini - Elsevər Ağayev

Azərbaycan Respublikası təhsil nazirinin müavini - Ceyhun Bayramov

Аzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini - İdris İsayev

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini - Səfər Mehdiyev

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini - Dövlətxan Dövlətxanov 

Şuranın sədri

news-detail

Mustafayev Şahin Abdulla oğlu


 

1965-ci ildə anadan olub.

1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.

1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb.

1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.  

2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.

2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib.

2008-ci il oktyabrın 31-dən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədridir.

Ailəlidir, 3 övladı var. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...