Daha bir deputat benzinin qiymətindən danışdı - "Artım həyatımıza mənfi təsir etməyəcək"
"Benzinin qiymətinin artırılması dövlətin siyasətidir. Müvafiq qurumlar bu barədə hesablamalar aparıb qərar qəbul ediblər. Lakin bu artımın əhalinin sosial durumuna mənfi təsiri olmayacaq”.
Mynews.az bildirir ki, bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli Tarif Şurasının iyulun 14-də "Aİ-92” markalı benzinin qiymətinin artırılması ilə bağlı qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu, dövlət iqtisadiyyatının tərkin hissəsidir: "Yəni, bu kiminsə verdiyi qərar deyil, birbaşa iqtisadi siyasətlə bağlıdır”.
F. İbrahimli vurğulayıb ki, yaxın bir ay ərzində artımın həyatımıza mənfi təsir göstərməyəcəyini hər kəs görəcək.
"Dünyada baş verən iqtisadi proseslər bu addımın atılmasını zəruri edib”, – deyə o diqqətə çatdırıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 996 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 959 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 949 dəfə oxunub
loading...