Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur milyarder Mübariz Mənsimovla bağlı ŞOK! - Polis işə qarışdı - FOTO

"PalSüd " MMC-nin işçiləri maaşlarının gecikməsinə etiraz olaraq kütləvi aksiyalar keçiriblər. Bu zavod milyarder Mübariz Mənsimovun şirkətlər qrupuna daxildir.

Mynews.az "Haqqin.az"a istinadən xəbər verir ki, zavodun işçiləri artıq 8 aydır ki, maaş ala bilmirlər.

Xatırladaq ki, 20 gün əvvəl də süd qəbulu məntəqələrinin işçiləri küçələrə çıxaraq ümumilikdə 1 milyon manat həcmində maaş borcunun ödənilməsini tələb etmişdilər.

Zavodda baş verənlərlə bağlı artıq müvafiq dövlət qurumları məlumatlandırılıblar. Dünən zavodun bəzi işçiləri baş verənlər barədə söhbət etmək üçün polisə dəvət ediliblər.

Etirazçılardan biri olan Sahib Abdullayev bildirib ki, "Palsüd"ün ona 27 min manat borcu var.

SON DƏQİQƏ! Məşhur milyarder Mübariz Mənsimovla bağlı ŞOK! - Polis işə qarışdı - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...