Bazarda dizellə işləyən avtomobillərin qiyməti artdı - VİDEO
“Aİ-92” markalı yanacağın qiymətinin tənzimlənməsi dizellə işləyən avtomobillərə marağı artırıb.
Mynews.az xəzərxəbər-ə istinadən məlumat verir ki, avtomobil bazarına gələn müştərilər daha çox dizel yanacağı ilə işləyən avtomobillərə üstünlük veriblər.
Dizel yanacağı ilə işləyən avtomobillərə marağın artması onların qiymətinə təsir edib. Satıcı və alıcıların dediyinə görə, ötən bazarla müqayisədə bu həftə avtomobillərin qiymətində bahalaşma müşahidə edilir.
Dizellə işləyən avtomobillərdən fərqli olaraq, benzinlə işləyən avtomobillərin qiymətində dəyişiklik yoxdur. Buna baxmayaraq, tələbat azalıb.
Satıcıların sözlərinə görə, qiymətdə artım və ya azalmanın olub-olmayacağı qarşıdakı həftələrdə daha dəqiq bilinəcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 970 dəfə oxunub
- Emin Ağalarov söz verdi 970 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 968 dəfə oxunub
loading...