Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elnur Hüseynov: "Mən bunu VƏHŞİLİK ADLANDIRARDIM" - AÇIQLAMA

"O səs Türkiyə" musiqi verilişinin azərbaycanlı qalibi, tanınmış ifaçı Elnur Hüseynov Qarabağ münaqişəsindən danışıb. 

Bu barədə BiG.AZ-a danışan müğənni son günlər ermənilərin silahları Azərbaycanın mülki insanlarına tərəf yönəltməsini vəhşilik adlandırıb: "Ermənilərlə Azərbaycan arasındakı konfliktdən adam danışmaq istəmir. Mülki insanlar, eləcə də əsgərlərimiz şəhid olduqca ürəyimiz parçalanır. Belə hadisələr olmamalıdır hesab edirəm ki. İnsanlıq olmalıdır hər şeydən önəmli. Ermənistan Azərbaycan arasındakı münaqişənin həllini sülh yolunda görürəm. Heç kim istəməz ki, onun ailəsi ölsün, öldürülsün. Sadəcə olaraq mən ermənilərin mülki insanlara silah doğrultmasını, azyaşlı uşaqları qətl etməsini vəhşilik adlandırıram". 

Həmçinin Elnur Hüseynov fəaliyyətindən də söz açıb, o indən sonra musiqi yarışmalarına qatılmaq istəmədiyini dilə gətirib: "Fəaliyyətimlə bağlı onu demək istərdim ki, köhnə Azərbaycan mahnılarını başqa versiyada canlandırmaq istəyirəm. Eynilə də köhnə türk mahnılarına yeni nəfəs vermək istəyim var. Bu proyekti “Bridge” adlandıracam əgər baş tutsa. Paralel olaraq da konsertlər verməyi düşünürəm. Bu yaşımda istəmirəm ki, daha musiqi yarışmalarına qatılım". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...