Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabahın hava proqnozu açıqlandı: - XƏBƏRDARLIQ

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.

Mynews.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37°, Bakıda gecə  23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində - 761 mm civə sütunu  təşkil edəcək.

Nisbi rütubət  gecə 55-65%,  gündüz  35-45 % olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə  20-25° isti, gündüz  34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...