Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Murad Arif: Bakını “rahat seks” şəhərlərinə bənzədib, “vedrə qoşmaqları” qalıb

Bəstəkar, müğənni, aparıcı Murad Arif sosial şəbəkədə Azərbaycan mentaliteti ilə bağlı fikirlərini bölüşüb. 

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, onun paylaşımı müzakirələrə səbəb olub.

“Kəlmələrin gücü olmalıdır. Sözün kəsərini qorumaq lazımdır. Əslində, “mentalitet” gözəl ifadədir, ta ki ondan pərdə kimi istifadə edənədək, o sözün şitini çıxaranadək. O qədər normal sayılacaq şeyləri, məsələn,  ər-arvadın əl-ələ tutub gəzməyini, uşağın yanında yoldaşına sevgini bildirməyi, müğənni bəylərin saç boyamasını, boşanmış qızlarımızın ikinci dəfə ailə qurmağını, cavan uşaqların yayda şortik geyinməyini mentalitetə sığışdırdınız ki, əsl dəyərlərdən, ərəblərin quş ovundan fikrinizi yayındırdınız.

Azərbaycanlılar torpaq qarışıq çox şeyi itirdi. Turistlərin rahatlığı üçün küçələrimizdə “seks-turizmə” də başladıq?

Onsuz da dünya ictimaiyyətinin gözündə “işğal olunmuş” (burada başqa kəlmələr də yer ala bilərdi, amma milli mətbuat mövzunu dəyişə bilər deyə, işlətmədim) gündəyik. Bundan sonra “Martirosyanların” Rusiya kanallarında Bakını “rahat seks” şəhərlərinə bənzədib “vedrə qoşmaqları” qalıb. Dəyər axtarıram ki, bizi özümüzə gətirsin”, - deyə M.Arif yazıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...