Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millət vəkili: Azərbaycanda ürək transplantasiyası aparılmır

“Azərbaycanda ürək transplantasiyasından başqa, bütün ürək-damar əməliyyatları həyata keçirilir”.

Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Bakı Ürək Mərkəzində keçirilən mətbuat konfransında millət vəkili, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Elmi-tədqiqat və tibb işləri üzrə direktor müavini Rəşad Mahmudov bildirib. 

R. Mahmudov deyib ki, il ərzində dünyada minlərlə belə əməliyyat həyata keçirilir: “Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi sahəsində qanunvericilik və tibbi imkanlar baxımından heç bir problem yoxdur. Bu sahədə əsas problem donor yaxınlarının beyin ölümü keçirən şəxsin ürəyini bağışlamaması ilə bağlıdır. Buna görə də bu sahədə əhalinin maarifləndirilməsi vacibdir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...