Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yoxa çıxan qızın son Facebook statusu polisi hərəkətə keçirdi - otağından məktub tapıldı

İzmirdə yaşayan Selin Savaş 3 gün əvvəl "Beyin əməliyyatına gedəcəyəm" deyərək getdiyi xəstəxanadan çıxdıqdan sonra yoxa çıxıb.

Mynews.az Haberler-ə istinadən xəbər verir ki, 20 yaşlı qızın xəstəxanaya getdiyi, bundan sonra itdiyi məlum olub. Selinin xəstəxanaya getməmişdən əvvəl otağında məktub yazıb qoyduğu və orada 1 il əvvəl infarktdan ölən atası Hüseyn Savaşa xitab olaraq: "Atamın çox həsrətini çəkdim. Atamın yanına gedirəm", - deyə yazdığı iddia edilərkən, anası Aişə Savaş: "Qızımın başına bir hadisə gəldiyindən qorxuram. Görən dərhal polisə xəbər versin", - deyib.

Facebook-dakı SON STATUSU

Selinin Facebook-da son olaraq 18 iyul səhəri saat 06.22-də "Çıxılmaz bir küçədir oynadığım səhnə. Hara dönsəm eyni məhəllədir. Ölürəm ana" deyə paylaşım etdiyi məlum olub. 

Polis Selin Savaşı tapmaq üçün axtarışlara başlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...