Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmış aparıcıdan ürək dağlayan paylaşım - Hər ay jurnalistlər üçün inşa olunan binaya gedib kənardan baxırdıq

Jurnalistlər üçün tikilən ikinci yaşayış binasından ev alan jurnalistlərin siyahısı hələ rəsmən açıqlanmasa da, bəzilərinin adları artıq məlumdur. Ancaq növbədə olsa da ev ala bilməyən jurnalistlər də var. Bunlardan biri ATV-nın tanınmış xəbər aparıcısı Ceyhun Səfərdir. O, öz Facebook səhifəsində paylaşdığı yazı ilə narazılığını bildirib. 

Mynews.az Ceyhun Səfərin bu yazısını olduğu kimi təqdim edir:

"Bu gün qızımın mənə birinci sualı belə oldu: Papa bizə ev verdilər? bilmədim nə cavab verim, gözlərim doldu. Çünki hər ay jurnalistlər üçün inşa olunan binaya gedib kənardan baxırdıq. Qızım və oğlum öz otaqlarının necə olacağını təsəvvür edirdi. Məncə mən bu cür münasibətə layiq deyildim. Çünki uzun illərdir ki, Xəbər aparıcısı kimi çalışıram. Kirayə və qohum qardaş evində qalmaqdan bezmişəm. İndi də yaxınlarımın himayəsinə sığınaraq qalıram. Layiq olmadığımı həm də ona görə deyirəm ki, uzun müddətdir Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında akredite olunan jurnalistəm, elmi dərəcəm var (elmlər namizədiyəm), Dövlət başçısının sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşəm. İşlədiyim müddətdə dövlətçiliyimizlə bağlı çox sayda sənədli filmlər hazırlamışam. Ən əsası da ölkəmizin siyasi, iqtisadi, sosial həyatı ilə bağlı ədalətli bir xəbər aparıcısı və redaktor olmuşam. Məncə "azərbaycanda Jurnalistikanın inkişafında xidmətlərinə görə" fikrinə mənim sadaladıqlarım cavab verir. Ən azı xidmətim olub ki, "Tərəqqi" medalına layiq görülmüşəm. Məncə sənədlərimdə hansısa məqam sual doğururdusa, bunu namizəd olaraq müvafiq komissiya fərdi qaydada məndən də soruşa bilərdi. Amma mən belə bir qüsur görmürəm. Aydınlaşdırardı. Məncə düz olmadı. Bu dediklərimi heç kim sıradan olan bir narazılıq kimi qəbul etməsin. Çünki mən heç vaxt haqsız yerə narazılıq etmərəm. Mən özümdən 2 balamın arzularına nail ola bilmədiyim üçün özümü günahkar sayıram. Əgər məndən asılı olsaydı.... Mən halal adamam. Halallıq verməyi də xoşlayıram. 

Həmkarlarıma sağlıqla yaşasınlar deyirəm. Xüsusən də Bəxtiyar Fətullayev və İlkin Fikrətoğlu."

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...