Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əflatun Amaşov Prezident İlham Əliyevə minnətdarlıq etdi

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalistlərin evlə təmin olunması ilə bağlı Prezident İlham Əliyevə təşəkkür edib.

Mynews.az xəbər verir ki, Ə.Amaşov bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb:

“Cənab Prezident, yüzlərlə jurnalist ailəsinə mənzil sevinci bəxş etdiyiniz üçün Sizə media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk. Hər bir vətəndaş üçün Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimiz Sizin sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini görürlər. Media təmsilçilərimizə bu misilsiz hissi yaşatdığınıza görə minnətdarıq!”, - deyə Mətbuat Şurasının sədri bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...