Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Taksi sürücüləri buna görə cərimə olunacaqlar - VİDEO

Bakıda hazırda çox sayda taksi şirkəti fəaliyyət göstərir. Hər bir şirkətə gün ərzində yüzlərlə sifariş daxil olur. Elə özünüz də fikir versəniz görərsiniz ki, belə taksidə gedərkən sürücülərin telefonuna şirkətdən sifarişlər haqda tez-tez sms-lər gəlir. Sürücü də sizi lazım olan yerə düşürdükdən sonra digər sifarişlərin ardınca gedir.

Yol polisindən Xezerxeber.az-a taksi sürücülərinin sükan arxasında bir əli ilə sükanı tutub, digər əli ilə telefonda sms-ləri gözdən keçirməsinin düzgün olmadığı, bunun konkret qəza riski olduğu bildirilib. Tövsiyə edilib ki, taksi şürkətləri daha təhlükəsiz informasiya ötürmə sistemlərindən istifadə etsinlər. Əks halda onlar İnzibati xətalar Məcəlləsinə görə, sürücü idarəetmə zamanı telefonu əlində tutaraq ondan istifadə edərsə, 50 manat cərimə olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...