Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda maşının nömrə yerinə "seks" yazan sürücü yaxalandı - FOTOLAR

Bakıda avtomobilin nömrə nişanına müdaxilə edən sürücü saxlanılıb.

Mynews.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bu gün "Beşmərtəbə" dairəsi yaxınlığında baş verib. Belə ki, idarə etdiyi "BMW" markalı, 99 EX 551 dövlət nömrə nişanlı avtomobilin nömrəsinə biabırçı şəkildə müdaxilə edən sürücü Anar Şükürov saxlanılıb. Yol polisləri hesab edib ki, Anar Şükürov avtomobilin nömrəsindəki EX hərflərinin əvvəlinə plamastrla S hərfi artırmaqla nömrənin üzərindəki Azərbaycan bayrağına qarşı hörmətsizlik edib və qayda pozub. Belə ki, o, bu hərəkəti ilə dövlət nömrə nişanına müdaxilə edərək standartdan kənar vəziyyətə gətirib. EX seriyasını "SEX" kimi göstərən sürücü saxlanılara avtomobili cərimə meydançasına salınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...