Əflatun Amaşov: Banklar jurnalistlərə kredit verməlidir
Mətbuat Şurasının sədri deyir ki, müasir jurnalistikada mühasibatlıq məsələləri yenidən qurulub, hər bir jurnalist əmək haqqı alır və iş yerlərində sənədləşdirilir. Əgər jurnalist əmək haqqı alırsa və bankın tələb etdiyi bütün sənədləri təqdim edə bilirsə, bu zaman bank həmin KİV nümayəndəsinə kredit verməlidir.
Mynews.az-ın məlumatına görə, bunu Sputnik-Azərbaycana millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, bu haqda hələlik Azərbaycan Mətbuat Şurasına heç bir məlumat daxil olmayıb: “Müasir jurnalistikada mühasibatlıq məsələləri yenidən qurulub, hər bir jurnalist əmək haqqı alır və iş yerlərində sənədləşdirilir. Deməli, KİV nümayəndələri rahat şəkildə banklardan kredit götürə bilərlər”.
Mətbuat Şurasının sədri qeyd edib ki, jurnalist hər hansı bankdan kredit ala bilməməsi ilə bağlı Mətbuat Şurasına şikayət edərsə, MŞ bu məsələni araşdıra bilər.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 571 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 560 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 556 dəfə oxunub