Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Temperatur enəcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. 

Mynews.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında günəşli hava müşahidə ediləcək. Axşam hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq.

Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26, gündüz  34-39, Bakıda gecə  23-25, gündüz  36-38 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  754 mm civə sütunundan 758 mm civə sütununa  yüksələcək. Nisbi rütubət  gecə 70-80%,  gündüz 45-50% olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti təşkil edəcək.           

İyulun 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.   

Sabah Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə  21-26, gündüz  35-40, dağlarda gecə 15-20, gündüz  25-30 dərəcə isti olacağı gözlənilir.

İyulun 23-ü gündüzdən 25-dək bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi, əsasən, şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...