Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİM: Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərə güzəşt olmayacaq

“İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində baş vermiş yanğın səbəbindən burada I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında iştirak edən abituriyentlər üçün bütün sual kitabçaları yenidən tərtib olunacaq”.

Mynews.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, DİM həmin abituriyentlər üçün iyulun 27-də imtahan təşkil edəcək: “Abituriyentlər cavab kartlarını, adətən, imtahanın sonunda doldururlar. Azərbaycan Kooperasiya Universitetinin binasında keçirilən imtahan zamanı abituriyentlərdən heç biri cavab kartını doldurmayıb. Ona görə də orada iştirak edən bütün abituriyentlər iyulun 27-də keçirilən qəbul imtahanında iştirak edə bilər. Bütün sual kitabçaları yenidən tərtib olunacaq və həmin abituriyentlərə hansısa güzəşt olmayacaq. Həmin abituriyentlər üçün “İmtahana buraxılış vərəqəsi” iyulun 25-də, gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək”.

DİM rəsmisi onu da qeyd edib ki, iyulun 22-də keçirilən qəbul imtahanının cavabları yaxın iki gün ərzində açıqlanacaq: “Dünəndən etibarən protokolların və cavab kartlarının emalına başlanılıb”.

Xatırladaq ki, imtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib. Hər kəs binadan təxliyə olunub. Hadisə nəticəsində bir neçə abituriyent və nəzarətçi müəllim zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...