Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabahın hava proqnozu

İyulun 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

ETSN-dən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  20-24° isti, gündüz  30-35° isti olacağı gözlənilir.

Bakıda gecə  20-24° isti, gündüz  30-35° isti olacaq.

Atmosfer  təzyiqi normadan  aşağı - 758 mm civə sütunundan 753 mm civə sütununa  enəcək.

Nisbi rütubət  gecə 70-80%,  gündüz  50-60%-ə çatacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 27-dək  Abşeron yarımadasında  arabir güclənən davamlı xəzri küləyi meteohəssas insanlar üçün  müsbət amildir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və axşam  bəzi  şimal və qərb rayonlarında  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...