Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda biabırçı mənzərə - avtobusa pomidor-xiyar yüklədilər, sərnişinlər ayaq üstə qaldı - VİDEO

Təsəvvür edin, marşruta minmisiniz, sərnişinlər üçün nəzərdə tutulan oturacaqlara içi dolu çuvallar uzadılıb. Siz də məcbur olub yolu ayaqüstə getməli olursunuz. Tamaşaçılarımızdan birinin "vatsapp" nömrəmizə göndərdiyi videoda olduğu kimi bu mənzərə var. İndi bu görüntülərlə tanış edəcəyik sizi.

Bir tərəfdə meyvə-tərəvəz çuvalları, digər tərəfdə isə sərnişinlər. Çuvallar oturacaqların üzərinə yığıldığından bəzi sərnişinlər yolu ayaqüstə getməyə məcburdurlar. Halbuki avtobus sərnişindaşıma üçün nəzərdə tutulub...

Kadrlar metronun "Neftçilər" stansiyasının çıxışından Hövsana sərnişin daşıyan 103 saylı avtobusda çəkilib. Görüntülərdən aydın olur ki, yalnız sərnişin daşımalı olan avtobusda meyvə-tərəvəz də aparılır.

Sürücülər deyirlər ki, sərnişinlər bu yükləri avtobusa məcburi yükləyirlər.

Xəttin dispetçeri Ehtiram Əhədov deyir ki, məsələ barədə məlumatlıdırlar. Eyni halın təkrarlanmaması üçün sürücülərə xəbərdarlıq edilib

Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən məsələ Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə tənzimlənir. Qaydalara əsasən, sərnişinin avtobusa özü ilə uzunluğu 60 sm, çəkisi isə 20 kq-dan çox olmayan bir ədəd əl yükünü mindirmək hüququ var. Üstəlik, oturacaqlar sərnişinlər üçün nəzərdə tutulub. Yəni ora əl yükünü qoymaq olmaz. Ölçüləri və çəkisi göstərilən rəqəmlərdən artıq olan yükləri avtobusa mindirən sərnişinlər haqda sürücünün polisə məlumat vermək hüququ var.

Mynews.az "xəzərxəbərə” istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...