Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı qadından 6 milyon lirəlik fırıldaq, telefonundan intim videosu üzə çıxdı - FOTOLAR

Türkiyədə bir dövlət bankından ölən hesab sahiblərinin xarici görünüşünə uyğun hazırlanıb banka gələrək hesabdakı pulları çıxaran fırıldaqçı şəbəkə yaxalanıb.

Mynews.az-ın milli.az-a istinadən xəbər verir ki, ölən insanların hesablardan 3 ilə 5 min dollar qarşılığında pul çəkən "dublyor"lardan olan Gülər ​​İslam qızı adlı qadınla bağlı maraqlı faktlar ortaya çıxıb.

Azərbaycanlı olduğu iddia edilən Gülərin yaşadığı evə baxış zamanı müxtəlif cür narkotik tərkibli preparatlar, tüfəng aşkar edilib. Məlum olub ki, Gülər İslam qızı şəbəkənin ona verdiyi pulu narkotikə xərcləyib. Mobil telefonuna baxış zamanı ona aid intim videolar tapılıb.

Qeyd edək ki, bankın rəhbər vəsifəsində çalışan Sadiq Düzenli şəbəkənin cinayət işində əsas pay sahibi olub. Belə ki, Sadiq Düzenli dünyasını dəyişən müştərilərin hesab məlumatları və fərdi məlumatlarını dəstə üzvlərinə ötürüb.

Şəbəkənin aldığı bu məlumatlarla insanları analiz edərək hesabı olan müştərilərin "dublyor"larını tapdıqdan sonra, saxta şəxsiyyət vəsiqəsi çıxardaraq bu kəslərin İstanbuldakı bank şöbələrindən pul çəkməsini təmin etdikləri ortaya çıxıb.

İstintaq yekununda şəbəkənin 6 milyon lirə ziyan vurduğu məlum olub.

Şəbəkə üzvlərinin siyahısı: Sadiq Düzenli, "dublyor"lar - Rəşid Özyalçın, Qədr Tandoğan, Gülər İslam qızı və Sami Öztürk.

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...