"Gətirdilər, satmalıyıq" - Səhərdən axşama qədər işləyən azyaşlılar - VİDEO
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində çalışan uşaqların əksəriyyəti 8, 10, 12 yaşlarındadır. Kimisi orta məktəbdə təhsil alır, kimisi yox.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, bəziləri burada işləməyə valideynləri tərəfindən məcbur edilir.
Uşaqlar səhər saat 7-dən, axşam saat 10-a, bəzən gecə yarısına kimi qarğıdalı və ya fındıq satırlar.
Qarğıdalı satıcısı: "Bizə səhər-səhər 80 ədəd vermişdilər, satdıq onu. İndi 120 qarğıdalı gətirdilər, satmalıyıq onu".
Əmək məcəlləsində uşaqların işə qəbul edilməsinin minumum yaş həddi 15 yaş müəyyən edilib. Qaydanı pozanlara isə yüksək məbləğdə cərimələr gözləyir.
Apardığımız kiçik araşdırma onu deməyə əsas verir ki, uşaq əməyindən sui-istifadə ilə bağlı qadağalar pozulur. Mütəxəssislərin fikrincə bu cür halların sayının azalması üçün yerlərdə reydlərin keçirilməsinə zərurət var.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 977 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 944 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 934 dəfə oxunub