“Space” TV-də qalmaqal
Bu gün “Space” TV-də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub. Mənbənin saytımıza verdiyi məlumata görə xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb.
Mynews.az bizimyol-a istiandən xəbər verir ki, efir bitdikdən sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb. Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağırılıb. Hər iki əməkdaş kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.
Məsələ ilə bağlı saytımızın əməkdaşı telekanalın Xəbərlər xidmətinin baş redaktoru Afət Telmanqızı ilə əlaqə saxlayıb. Baş verən olayla bağlı ətraflı danışmaq istəməyən xanım aparıcı məlumatı təsdiq edib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1116 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1103 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1103 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1100 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 995 dəfə oxunub