Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Space”də saçyolduya çıxdığı deyilən aparıcı danışdı - "Bunu kim dedi?"

"Space TV"də də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olması ilə bağlı xəbərlər yayılıb.

Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova Aynur adlı rejissorla saçyolduya çıxması ilə bağlı xəbərlərə aydınlıq gətirib. O hazırda məzuniyyətdə olduğunu bildirib: "Bu cür hadisə yaşanmayıb. Mənim haqqımda əsassız danışırlar. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi də işə çıxacam".

Qeyd edək ki, bizimyol.info saytının bu gün yayımladığı xəbərdə xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşandığı yazılıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb. Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağırılıb. Hər iki işçi kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...