Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Supermarketdə soyuducuda saxlanılan müştəri danışdı - VİDEO

Bakıda heç yerdə görülməmiş hadisə baş verib. Bir supermarket oğurluq ittihamı ilə müştərini soyuducuya salaraq orada uzun müddət saxlayıb. Müştəri soyuqdan huşunu itirdikdən sonra onu soyuducudan çıxarıblar.

Bu iddia ilə “Xəzər Xəbər”ə müraciət edən 37 yaşlı Firuz Qəhrəmanov deyir ki, eyni zamanda ona müxtəlif işgəncələr də veriblər.

Hadisə Xətai rayonunda yerləşən “Freş mart” adlanan marketdə baş verib. Firuz Qəhrəmanov dostu Novruz Sədiyevlə marketdə olarkən onlara deyiblər ki, guya marketdən bahalı təraş ülgücü oğurlayıblar.

İddiaya görə, marketin qadın administratoru onlardan 750 manat məbləğində pul tələb edib, verməyəcəkləri təqdirdə mühafizəçilərə döydürəcəyini deyib. Oğurluqda ittiham olunan Novruz Sədiyev əlacsızlıqdan razılaşıb, pul gətirmək üçün evə getmək istəyib.

Novruz Sədiyev bir neçə saat sonra zəng edib deyib ki, deyilən məbləğ çoxdur və düzəldə bilməyib. Xahiş edib ki, dostunu buraxsınlar, pulu düzəldən kimi gətirib verəcək. Bu zaman marketin qadın administratoru və mühafizəçilər Firuz Qəhrəmanovdan təzyiq vasitəsi kimi istifadə ediblər.

Uzun müddət soyuducuda saxlanılan Firuz huşunu itirdikdən sonra onu oradan çıxarıblar. Deyir ki, işgəncələr bununla da bitməyib.

Firuzu gecə saatlarına kimi marketdə saxlayıb, pulu ala bilməyəcəklərini görəndə isə buraxıblar.

Səbəbsiz yerə kiminsə işgəncəyə məruz qalması və soyuducuda huşu gedənə qədər saxlanılması faktının həqiqətən də olub-olmadığını isə polis araşdıracaq. Çünki Firuz Qəhrəmanov artıq məsələ ilə bağlı polisə müraciət edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...