Bu qurum AZAL-dan alındı
“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumların sayı azalıb.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən “Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyində olan qurumların siyahısından çıxarılıb.
Beləliklə, AZAL-ın tabeliyində olan qurumların sayı 15-dən 14-ə enib. Bura “Azərbaycan Hava Yolları” və “BUTA AIRWAYS” sərnişin aviaşirkətləri, “Azalaqro” Yevlax Aviasiya Şirkəti, Milli Aviasiya Akademiyası, Heydər Əliyev Beynəlxalq Aeroportu, “Gəncə”, “Naxçıvan”, “Lənkəran”, “Zaqatala” və “Qəbələ” beynəlxalq havalimanları, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, Aviasiya Təhlükəsizlik Baş İdarəsi, “AzalOil” Yanacaq-Sürtgü Materialları İdarəsi, filial və nümayəndəliklər daxildir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1124 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1111 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1111 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1107 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1001 dəfə oxunub