Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

3 azyaşlını atıb sevgilisinə qoşulub qaçan anadan YENİ XƏBƏR

Anası tərəfindən tərk edilən və ötən ayın əvvəli nənəsinin çölə atdığı uşaqlarla bağlı bəzi detallar ortaya çıxır.

Mynews.az xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli məlumat verib.

O, hadisə bağlı bəzi məqamları açıqlayıb. Vasif Akifli nənənin uşaqları niyə çölə atması məsələsinə də toxunub: " Həm nənə, həm də ana sığıncağa dəvət olunub. Onların hərəsi bir şey danışır. Ailədaxili problemləri var. Ana vaxtilə nənəyə uşaqlarla bağlı etibarnamə verib. Həmin etibarnamə ilə uşaqlar nənənin öhdəliyinə keçib. Sonra ana öz uşaqlarını ataraq həyatını yaşamağa gedib. Nənə isə bildirir ki, uşaqları qisas məqsədilə çölə atıb. Deyir ki, qızına dəfələrlə evi tərk etməməsini, kiməsə qoşulub qaçmamasını desə də, qızı onu saymayıb. Buna görə də nənə azyaşlı uşaqları çölə atıb. Onların hər ikisi burda bir-birini günahlandırır”.

Hüquq müdafiəçisi qeyd edib ki, ana artıq uşaqları özü ilə aparmaq istəyir: "Lakin biz uşağı anaya verə bilmərik. Bunun üçün məhkəmə qərarı olmalıdır. Onsuz da bizdə artıq sənədləşmə işləri gedir. Uşaqları küçəyə atan ana və nənə ilə bağlı məhkəməyə müraciət edəcəyik. Qoy layiqli cəzalarını alsınlar".

Maraqlı suallardan biri də budur ki, bəs bu azyaşlı uşaqların atası haradadır?

Hüquq müdafiəçisinin sözlərinə görə, ata hələ də axtarışdadır: "Biz uşaqların atası ilə də bağlı axtarış vermişdik. Onsuz da həmin şəxs illərdi Ağsu Polis İdarəsi tərəfindən axtarılır. Bir məqamı da sizin diqqətinizə çatdırmaq istəyirik ki, ata ilə ana 2015-ci ildə məhkəmə vasitəsi ilə boşanıblar. 3 uşağa görə, ataya 90 manat aliment pulu kəsilib. Lakin həmin şəxs 2015-ci ildən bəri bir dəfə də olsa aliment ödəməyib, nə də gəlib uşaqları ilə maraqlanmayıb. Məsələ ilə bağlı biz ictimaiyyətə məlumat verəndən sonra, Ağsu da bu adamın axtarış işinə hətta sakinlər belə qoşulub”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...