Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərəb şeyxin yeni fətvası hansı məqsədlə verilib? - Bacı-qardaş evliliyinə MÜNASİBƏT

Zaman-zaman islam aləmində verilən bəzi fətvaları oxuyanda təəccüblənməmək mümkün olmur. Səudiyyə Ərəbistanında vəhhabi şeyxi Nasir Əlömərin bəyanatı kimi. O, Suriyada terrorçu hərbçilərin öz bacıları ilə nikah cihadını halal edib. "Əlvüsal vəhabi" portalına verdiyi müsahibədə şeyx bildirib ki, şiələrlə döyüşdə hərbçilərə haram heç nə yoxdur:

“Döyüş zamanı hərbçilər nikah cihadında fəaliyyət göstərən qadın tapmasalar, öz bacıları ilə nikaha girə bilərlər. Suriya, şiələr və şiə dövlətləri zalımdır, eyni zamanda onlar islamla daim müharibədədirlər. Hərbçilərin xeyrinə olan fətvaları tənqid edənlər nədənsə şiələr tərəfindən öldürülən uşaq və qadınlar haqqında susurlar!”

Səudi şeyxinin bu fətvası islami prinsipdir, yoxsa öz həyat tərzini leqallaşdırmaq?

“Bacı-qardaş evliliyi birmənalı şəkildə haramdır”

Məsələ ilə bağlı ilahiyyatçı, din xadimi, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Publika.az-a danışıb. O, bacı-qardaş evliliyinin bütün islam məzhəblərində haram olduğunu qeyd edib:

“Belə düşünürəm ki, bu xəbərlərin qaynağını dəqiq araşdırmaq lazımdır. Çünki bəzən bu tip xəbərlər yayıldıqdan sonra təkzib olunur. Ona görə də dəqiqləşdirmək vacibdir. Lakin istənilən halda bacı və qardaşın evlənməsi qəbul olunmazdır, haramdır. Bütün ənənəvi islam məzhəblərinin baxışına əsasən, bu evlilik istənilən şəraitdə qadağandır. Çünki bacı-qardaş evliliyi Qurana və peyğəmbərimizin hədislərinə ziddir. Bu birbaşa Allahın qanununu pozmaq deməkdir.

Ümumiyyətlə, İslamın iki əsas məzhəbi - sünni və şiə məshəblərində hökmlər Qurana və hədislərə əsaslanmalıdır. Bu iki mənbədən başqa dini hökm verilməsi qadağandır. Bəzən qeyri-adi fətvalar verilir ki, həmin adamların əslində İslam dininə heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq, dini gözdən salmaq üçün atılmış addımlardır. Mən bilmirəm həmin şəxs kimdir, lakin hər halda dinə ziddir. Bəzən ixtilafları və məzhəblər arasında qıcıq yaratmaq üçün verilmiş fətvalar ola bilir”.

“Bunu iranpərəst saytlar yayıb”

İlahiyyatçı Elşad Miri Publika.az-a açıqlamasında bildirib ki, bu cür məlumatların iranpərəst media orqanları tərəfindən yayıldığı istinsa deyil:

“Belə məsələlər olanda Səudiyyə Ərəbistanı müftiliyinin rəsmi saytında bütün fətvalar qeyd olunur. Ora baxmaq lazımıdır. Belə bir zamanda heç kim bu cür fətva verə bilməz. Çünki həmin adam ortaya bu cür iddia atsa, İslamdan çıxmış olar. Bu gün bunu öz din böyüklərimizə yaraşdırmadığımız kimi, başqalarına da yaraşdıra bilmərik. Bunlar hamısı qara piarlardı. Fərqi yoxdur, istər müharibə olsun, istər olmasın. Hətta İslam dinində müharibə vaxtı kölə, cariyə götürmək də qadağandır. Yəni belə qadağalar olduğu halda kimsə durub necə bacı-qardaş evliyiyi haqda fətva verə bilər?! Yaxud da bir insan müharibəyə bacısıylamı gedir? Yəni iddianı araşdırıb kökünü tapmaq lazımdır. Mənim onları müdafiə etmək marağım yoxdur. Quranda belə bir ayə var: "Ədalət yaxınlarınızın əleyhinə olsa da, ondan ayrılmayın". Yəni biz ədalətdən heç vaxt uzaqlaşmamalıyıq. Bu iddia sünni və şiə məzhəbləri arasında ixtilaf yaratmaq üçün atılmış adımdır. Yadınızdadırsa, Şeyx Əbdül dini komitədən icazəsiz bir kitab yazmışdı. Hansı ki, bu kitabda da eyni şeylər var idi. Həmin kitabın satışı qadağan olundu. Yəni bunlar absurd məsələlərdir. Adamın özünə başqa sual verərlər, qalarsan pis vəziyyətdə. Ayıb deyilən bir şey var...”

“Həmin din xadiminin ağlına şübhə ilə yanaşmaq lazımdır”

Səudiyyə şeyxinin açıqlaması qısa zamanda bütün Qərb mediasında tirajlandı. İslam adına ləkə gətirən fikrin İslamın imicinə zərbə vurmaq məqsədilə verildiyi aşkadır. Elə millət vəkili Fazil Mustafa Publika.az-a verdiyi açıqlamada da bunu vurğulayıb:

“Belə bir ifadə işlətmək axmaqlıqdır. Dində bu cür göstəriş ola bilməz. Bu həmin din xadiminin birbaşa axmaqlığının göstəricisidir. İslam dinində Quranda konkret olaraq kimin kiminlə evlənə biləcəyi qeyd olunub. Qohumların hansı dərəcədə qohumlarla evlənə biləcəyi göstərilib. Xüsusilə qan qohumlarının evliliyi məqsədəuyğun sayılmır. Bu təbliğat məqsədi ilə ortaya atılan məsələdir. Əgər kiminsə başı pozulubsa, bacı-qardaş evliliyini halal saya bilər. Həmin din xadiminin ağlına şübhə ilə yanaşmaq lazımdır.

Şiə və ya sünni fərqi yoxdur, hər ikisində yanlış insanlar var. Məsələn, İranda pedofillik baş alıb gedir. Mollaların oğlan uşaqlarına təcavüzü və başqa hallar geniş yayılıb. Bunun islama nə aidiyyatı var? Bacı və qardaşın evlənməsi əxlaqsızlıqdır. Bu hər iki məzhəbdə qəbuledilməz vəziyyət kimi göstərilir. Quranda da. Necə ola bilər ki, bunu kimsə qəbul etsin? Kimlərsə öz həyat tərzini leqallaşdırmağa çalışırsa, bunun İslama nə dəxli var? Şiələrin içində də, sünnilərin içində də İslam qaydalarına əməl edən insanlar kifayət qədərdir. Əxlaqsız insanların meyarlarına görə dinin prinsipləri müəyyənləşdirilmir. Dinin prinsipləri dəqiqdir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...