Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

GİZLİ: Qızlıq pərdəsini bərpa etdirən qızların taleyi... - EKSPERT RƏYİ

Qızlıq pərdəsinin tibbi cəhətdən ciddi bir mənası olmasa də, yaşadığımız cəmiyyətdə buna nə qədər diqqət göstərildiyinə şahid oluruq. Ailələr gəlinlərinin bakirə olmasını istəyir, müxtəlif yollarla bunun belə olub-olmadığını yoxlayırlar.

Mynews.az-ın Metbuat.az-a istinadən məlumatına görə, evlilikdən əvvəl cinsi münasibət və bunun bir “göstəricisi” kimi bakirəlik problemi əvvəllər xalqların əksəriyyətində mövcud olsa da, hazırda əksər cəmiyyətlər artıq bu adətlərindən əl çəkiblər. Bizim yaşadığımız çoğrafiyada isə bakirəlik hələ də şərt olaraq irəli sürülməkdədir. Ən azından, çoxumuz buna şahidik.

Qəti şərtlər irəli sürən cəmiyyətlərdə, sözsüz ki, kənaraçıxmalar da olacaqdır. Yəqin ki, dünyanın heç bir ölkəsində evlilikdən əvvəl cinsi münasibəti tamamilə ortadan qaldırmaq mümkün deyil.

Evlilikdən öncə belə bir təcrübə yaşamış xanımların bir qismi “bakirəliyin bərpası” əməliyyatına müraciət edirlər.

Nə üçün himenoplastika etdirirlər?

Uroloq-cərrah Vasif İsmayılın sözlərinə görə, xanımların bir qismi (31%) həyat yoldaşı ilə ilk gecə əlaqə qurduğunda “qan gəlməsi” üçün əməliyyata gəldiyini ifadə edib. Buna baxmayaraq, 12% xanım qan gəlməsinin “əslində vacib olmadığını”, sadəcə vaginalarının bir az dar hiss edilməsini istədiklərini bildiriblər. Qalan xanımlardan 37%-i isə həm “qan gəlməsini”, həm də “dar olmasını” istədiklərini söyləyib. Xanımlardan ancaq 4-ü bunu mərasim xətrinə etdirdiklərini bildiriblər.

Himenoplastika işə yarayır?

Əməliyyat sonrası bir neçə həftə sonra həkimlərin təkrar məsləhətləşmə çağırışına 30 qadın gəlib. Bunların hamısı əməliyyat nəticəsindən məmnun qaldıqlarını, bütün gözləntilərinin özünü doğrultduğunu bildiriblər. Hətta, 1 qadın mehriban münasibət gördüyü üçün daha sonra ərinə məsələni açıb dediyini də bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...