Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərəblərin Azərbaycandakı ov macəraları davam edir - VİDEO

Azərbaycana gələn varlı ərəblərin ov macəraları davam edir. Zəngin ərəblər, əsasən, Azərbaycanın Saatlı, Hacıqabul, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında canlıları ovlamaqla məşğul olurlar. 

Onlar quşları və digər heyvanları müxtəlif üsullarla ovlayırlar.

Ərəblər ov zamanı odlu silahla yanaşı, yırtıcı şahin quşlarından da istifadə edirlər. Ovçular əvvəlcə bir-birinə xüsusi rabitə cihazları vasitəsilə hansı ərazidə dəstə halında çöl quşlarının uçması barədə məlumat verirlər. Daha sonra həmin əraziyə gələn ovçular sürətlə hərəkət edən avtomobildən şahin quşunu havaya buraxırlar. Yırtıcı quşların dəstə ilə uçduğu vaxt onlara hücum edir və şikarını yaxalayaraq yerə enir.

Ən acınacaqlı məqam isə şahin quşunun yaralayaraq yerə saldığı quşa qəddar formada davranılmasıdır. Görüntülərdən aydın olur ki, quş can verdiyi halda yırtıcı quşa xəsarət yetirməyə davam edir. Ovçu ərəblər isə buna qıraqdan durub zövqlə tamaşa edirlər.

Ərəblərin istifadə etdiyi digər üsul isə çox təhlükəli və ziyanvericidir. Ovçular sürətlə hərəkət edən avtomobildən uçan quşlara dayanmadan atəş açırlar.

Açılan atəşin neçə canlını məhv etdiyini isə müəyyən etmək isə çox çətindir. Digər maraqlı məqam isə göydə dəstə ilə uçan quşların hansı birinin “Qırmızı kitab”a düşdüyünü atəş açılan an müəyyən etmək mümkün deyil.

Çünki atəş açılan zaman quşlarla ovçu arasında məsafə çox uzaq olur. Ovçuların dəstə halında uçan quşlara dayanmadan atəş açması isə nəsli kəsilməkdə olan canlıların ovlandığı ehtimalını artırır. Bu isə Azərbaycan təbiətinə böyük zərbədir.

Ərəblərin ov zamanı çəkdikləri görüntüləri təqdim edirik:

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...