Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nəvəsi ölümlə nəticələnən qəza keçirən Əli Həsənov - "Hər məmur öz övladına nəzarət etməlidir" - VİDEO

"Mənim də övladlarım var. Sizin xəbəriniz var, o kimdir?"

Mynews.az xəbər verir ki, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov 2014-cü ildə mediada məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Əli Həsənov qeyd edib ki, məmurlar övladlarına nəzarət etməlidir:
"Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir". 

Qeyd edək ki, ötən gün biri "Mercedes Galendevagen" olmaqla iki maşın Heydər Əliyev prospektində yarışa giriblər. Bu zaman Galendevagen yolu keçmək istəyən piyadanı vurub. Hadisə zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10 PP 203 dövlət nömrə nişanlı Galendevagen aşıb və yanmağa başlayıb. 

Qəza nəticəsində 2 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Nazirin nəvəsi Nail Allahverdiyev də ağır yaralanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...